27 Mart 10:14 Millimizə qol vurdu, Ronaldoya şərik çıxdı
DÇ-2018 xəbərləri 27 Mart 10:14
533 baxış

Millimizə qol vurdu, Ronaldoya şərik çıxdı

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin V turunun oyunlarından sonra bombardirlər siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2 qol vuran Kriştianu Ronaldo ikihakimiyyətliliyə son qoyub.

 

Portuqaliyalı bunadək eyni sayda qol vurduğu Robert Levandovskini keçməyi bacarıb. Azərbaycan millisi ilə Bakıda keçirilən qarşılaşmada (1:4) qol sevinci yaşayan Tomas Müller tsikldə 5-ci dəfə fərqlənib. Bununla da almaniyalı “altılıq”da möhkəmlənib.

 

Hesabında 4 məhsuldar ötürmə olan Tomas bu göstəricidə də ən yaxşılar arasındadı. Assistentlikdə “altılıq”da yer alan Müller “qol+ötürmə”də Kriştianu Ronaldoyla eyni göstəriciyə malikdi. Onlar serbiyalı Duşan Tadiçdən geri qalır.

 

Qol

1. Kriştianu Ronaldo (Portuqaliya) - 9

2. Robert Levandovski (Polşa) – 8

3. Romelu Lukaku (Belçika) – 6

4-6. Tomas Müller (Almaniya) - 5

Çiro İmmobile (İtaliya) – 5

Andre Silva (Portuqaliya) – 5

 

Ötürmə

1. Duşan Tadiç (Serbiya) – 7

2. Miralem Pyaniç (Bosniya və Herseqovina) – 6

3. Dries Mertens (Belçika) – 5

4-6. Tomas Müller (Almaniya) – 4

Damir Kojaseviç (Monteneqro) – 4

David Silva (Portuqaliya) – 4

 

Qol+ötürmə

1. Duşan Tadiç (Serbiya) – 11 (4+7)

2-3. Kriştianu Ronaldo (Portuqaliya) – 9 (9+0)

Tomas Müller (Almaniya) – 9 (5+4)

4-5. Robert Levandovski (Polşa) – 8 (8+0)

Dries Mertens (Belçika) – 8 (3+5)

Xəbər lenti