20 Fevral 11:34 Pxençxan-2018: Gümüş sahibsiz qaldı
DİGƏR NÖVLƏR xəbərləri 20 Fevral 11:34
375 baxış

Pxençxan-2018: Gümüş sahibsiz qaldı

Pxençxan-2018-də daha bir sürpriz yaşanıb. Apasport.az saytının məlumatına görə, bu hadisə yarışın təşkilatçılarını medallarla bağlı planlarını da pozub.

 

Məsələ ondadı ki, 102 dəst mükafatın oynanıldığı yarışda 103 qızıl medal veriləcək. Buna bobsley yarışlarında təsadüf olunan bərabərlik səbəb olub. Belə ki, kanadalı və almaniyalı cütlüklər 4 cəhdin yekununda eyni nəticəyə imza atıb. Saniyənin yüzdə birinin də hesablandığı bu yarışda nadir təsadüf olunan bərabərlik hər bir komandaya qızıl medalların verilməsinə səbəb olub.

 

Kanadalı Castin Kripps və Aleksandr Kokaç, həmçinin almaniyalı Françesko Fridriklə Torsten Marqis yekunda 3:16,86 saniyəlik göstəriciyə imza atıb. Nəticədə hər 2 cütlük qızıl medal qazanıb. Gümüşün verilmədiyi yarışda bürünc medalı latviyalılar Oskar Melbardis və Yanis Strenqa qazanıb. Onları çempionluqdan 0,05 saniyə ayırıb. 

Xəbər lenti