20 Aprel 13:38 “Dedilər ki, mən o qədər də yaxşı oyunçu deyiləm” – Dino Ndlovu
FUTBOL xəbərləri 20 Aprel 13:38
1483 baxış

“Dedilər ki, mən o qədər də yaxşı oyunçu deyiləm” – Dino Ndlovu

“Qarabağ”ın hücumçusu Dino Ndlovu instaqram hesabında maraqlı paylaşım edib. Apasport.az saytının məlumatına görə, CAR-dan olan futbolçu tənqidçilərinə cavab verib.

 

Ndlovu ad çəkməsə də, onu zəif çıxış etməkdə günahlandıranlara mesaj göndərib. 27 yaşlı futbolçu bildirib ki, bütün tənqidlərə baxmayaraq, daim qarşısına qoyduğu məqsədə çatmaq üçün mübarizə aparıb: “Yadımdadı, onlar bir dəfə dedilər ki, mən o qədər də yaxşı oyunçu deyiləm. Ancaq mən həmişə özümə inanırdım. Heç nəyə baxmayaraq, mənim öz məqsədim var”.

 

Qeyd edək ki, Dino Ndlovu “Qarabağ”a ötən ilin yayında Kipr klubu "Anortosis"dən keçib.