21 Fevral 22:57 İlk 1/8 finalçı MOİK oldu - YENİLƏNİB
FUTBOL xəbərləri 21 Fevral 22:57
776 baxış

İlk 1/8 finalçı MOİK oldu - YENİLƏNİB

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün 1 görüş keçirilib. Apasport.az saytının məlumatına görə, MOİK "Srvena Zvezda"nı qəbul edib.

 

15 ildən çoxdu avrokuboklarda müntəzəm iştirak edən komandalar Serbiyada qolsuz bərabərə qaldıqlarından, matçın taleyinə Moskvada aydınlıq gəlib.

 

Meydan sahibləri Alan Dzaqoyevin ilk hissənin son dəqiqəsində vurduğu yeganə qolla qələbə qazanıb. Bununla da Avropa Liqasında ilk 1/8 finalçı MOİK olub.

 

UEFA Avropa Liqası

1/16 final mərhələsi (cavab oyunu)

 

21 fevral

MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda" (Serbiya) - 1:0

Qol: Dzaqoyev, 45+1

Baş hakim: Jorje Souza (Portuqaliya)

"VEB Arena", Moskva

İlk oyun - 0:0

 

Qeyd edək ki, mərhələnin digər 15 oyunu fevralın 22-də keçiriləcək.