[b]İquain “Milan”a keçə bilər[/b]
23.07.2018 - 15:57
[b]İquain “Milan”a keçə bilər[/b]

“Yuventus”un hücumçusu Qonsalo İquain karyerasını “Milan”da davam etdirə bilər. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, “rossonerilər”in yeni rəhbərliyi argentinalı futbolçunun transferi ilə bağlı danışıqları davam etdirir.

 

“Milan” İquainə 4 illik müqavilə təklif etməyə hazırlaşır. Anlaşma baş tutacağı təqdirdə 30 yaşlı oyunçu ilinə 4,5 milyon avro qazanacaq.

 

İquain hazırda “Yuventus”da ilinə 7,5 milyon avro məvacib alır. Turin klubu onun transferindən minimum 60 milyon avro gəlir əldə etmək niyyətindədi.

 

Qeyd edək ki, “Milan”ın digər hücumçu hədəfi “Çelsi”nin hücumçusu Alvaro Moratadı.

0