18 Mart 00:49 İsrafilova debüt matçında “fərqlənmək” üçün 15 dəqiqə bəs etdi
FUTBOL xəbərləri 18 Mart 00:49
867 baxış

İsrafilova debüt matçında “fərqlənmək” üçün 15 dəqiqə bəs etdi

İspaniya Sequndasında XXXI turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun komandası “Alkorkon”da növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Luqo” ilə qarşılaşıb. Uzun zamandır zədə səbəbindən yeni komandasında debüt edə bilməyən İsrafilov qarşılaşmanın 68-ci dəqiqəsində komanda yoldaşını əvəzləyərək meydana daxil olub.

 

Eddiyə bu görüşdə “fərqlənmək” üçün 15 dəqiqə bəs edib. O, 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

Matç isə “Alkorkon”un məğlubiyyəti ilə yekunlaşıb – 1:2.

 

Qeyd edək ki, 31 oyundan sonra aktivində 35 xal olan “Alkorkon” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər lenti