Karles Bakes istefa verdi
26.02.2013 - 11:38
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Karles Bakes istefa verib. Bu barədə məlumatı apasport.az saytına ispaniyalı mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, bu qərarının əsas səbəbi komandanın uğursuz çıxışı, qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməməsidir: “Bu barədə artıq rəhbərliklə söhbət etmişəm. Belə qərara gəldik ki, komandadan indi ayrılmağım daha məqsədəuyğundur”.
Qeyd edək ki, Topaz Premyer liqasının XXI turunda “Qəbələ”yə 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” “altılıq” şanslarını çətinə salıb.
Mehman SÜLEYMANOV

0
0