“Çorum”dan tarixi ilk: Komanda Super Liqada
24.05.2026 - 23:44
Türkiyə I Liqasının pley-off finalı keçirilib.
Apasport.az xəbər verir ki, "Çorum" "Esenler Erokspor"la qarşılaşıb.
Birincilər rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə "Çorum" pley-off finalını udaraq üst liqaya yüksəlib.
Komanda tarixində ilk dəfə Türkiyə Super Liqasında çıxış edəcək.
Qeyd edək ki, "Çorum"a qədər "Erzurumspor" və "Amedspor" Super Liqaya vəsiqə qazanıb.
0
0