[b]Klublarımızın sürüşkən, “Qarabağ”in düşərli qələbəsi[/b]
16.08.2017 - 15:22
[b]Klublarımızın sürüşkən, “Qarabağ”in düşərli qələbəsi[/b]

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə ilk görüşdə qazandığı 1:0 hesablı qələbəni ağdamlılar üçün uğurlu saymaq olar. Apasport.az saytının məlumatına görə, evdə bu nəticə ilə qalib gələn Azərbaycan klubları fərqli durumla üzləşib.

 

Əvvəl də eyni vəziyyətə düşən “Qarabağ” evdəki ilk oyunda qazandığı 1:0 hesablı qələbənin ardından mərhələ keçib. 2013/14 mövsümündə isə sürüşkən hesab təmsilçimizə uğur gətirib. Ağdamlılar İsveç “Gefle”sini hər iki matçda məğlub edib – 1:0, 2:0.

 

Avrokuboklar tarixi göstərir ki, ilk oyunu öz meydanında 1 cavabsız qola sevinən təmsilçilərimizin taleyi heç də “Qarabağ”dakı kimi yaxşı olmur. Ümumiyyətlə, qitə miqyaslı turnirlərdəki 23 illik çıxış ərzində Azərbaycan təmsilçiləri 6 dəfə səfərdəki cavab matçına 1:0 hesablı üstünlüklə yollanıb.

 

Bu halla üzləşən ilk komanda “Neftçi”di. “Ağ-qaralar” 2000/01 mövsümündə “HİT Qoritsa” üzərində qazandığı qələbəni Sloveniyada əldən verib – 1:3.

 

5 il sonra UEFA kubokunda “Bakı” eyni halla üzləşərək mübarizəni dayandırıb. “Zolaqlılar” Slovakiyada “Jilina”nı keçə bilməyib – 1:0, 1:3.

 

“MKT-Araz” 2006/07 mövsümündə “Tiraspol” səddini keçə bilməyib – 1:0, 0:2. 2006/07 mövsümündə tilsimi qıran “Karvan” “Spartak”ı Bakıda da, Slovakiyada da eyni hesabla yenib – 1:0, 1:0.

 

Sonuncu belə hadisə cari mövsümdə yaşanıb. “Fola”nı 1 qolla yenən “İnter” Lüksemburqda 1:4 hesabı ilə uduzub və Avropa Liqası ilə vidalaşıb.

 

Beləliklə, ilk oyunda 1:0 hesabı ilə qalib gələn komandalarımız 6-dan yalnız ikisində, yəni 33 faizində mərhələ keçib. Digər dördündə - 67 faizində isə avrokuboklarla vidalaşıb.

 

0