[b]“Messiyə rəqib olmayacağım üçün sevinirəm”[/b]
22.07.2018 - 16:53
[b]“Messiyə rəqib olmayacağım üçün sevinirəm”[/b]

"Barselona”nın yeni transferi Kleman Lanqle keçidini dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 23 yaşlı müdafiəçi Kataloniya klubunda titullar qazanmağı hədəfləyir.

 

O, ən çox kataloniyalıların kapitanı Lionel Messi ilə bir komandada oynayacağı üçün sevindiyini vurğulayıb: “Barselona”ya keçdiyim üçün çox sevinirəm. Çünki artıq Messiyə rəqib olmayacam. O, dünyanın ən yaxşı futbolçusudu. Asanlıqla meydana dominantlıq edir, istənilən vəziyyətdən qol vura bilir. Əgər bəxtiniz gətirsə, onu dayandıra bilərsiniz. Ancaq bunu bir neçə müdafiəçi birlikdə bacara bilər”.

 

Qeyd edək ki, Kleman Lanqle bu yay “Barselona”ya 35 milyon avro müqabilində “Sevilya”dan keçib.

0