17 Fevral 16:58 Qəbələdə oyun bitdi, ara qarışdı
FUTBOL xəbərləri 17 Fevral 16:58
566 baxış

Qəbələdə oyun bitdi, ara qarışdı

Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən “Qəbələ” – “Zirə” matçından sonra ara qarışıb. Apasport.az saytının məlumatına görə, hakim final fitini səsləndirən kimi rəqib futbolçular arasında konflikt yaşanıb.

 

Qalmaqal “Zirə”nin hücumçusu Riçard Qadze ilə “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov arasında başlanıb. Daha sonra məsələyə ev sahiblərinin kapitanı Cavid Hüseynov və qonaqların digər üzvü Sadio Tounkara da müdaxilə edib. Futbolçuların əlbəyaxa olmasına komanda yoldaşları imkan verməyib. Məşqçilər və digər şəxslərin də müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

 

Qeyd edək ki, görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Xəbər lenti