[b]“Zirə”dən 2 əcnəbi transfer[/b]
12.07.2018 - 20:21
[b]“Zirə”dən 2 əcnəbi transfer[/b]

“Zirə” yay fasiləsində ilk əcnəbi transferlərini həyata keçirib. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt təmsilçisi 2 oyunçu ilə anlaşıb.

 

Bunlar yarımmüdafiəçilər Bilal Hamdi və Dilan Duventrudu. Hər iki fransalı futbolçu yeni komandası ilə 1+1 illik müqavilə imzalayıb. Hamdinin 27 yaşlı, Duventrunun isə 29 yaşı var.

 

Qeyd edək ki, adıçəkilən oyunçuların sonuncu klubu Kipr təmsilçisi “Alki” olub.

0