[b]“Zirə”dən 4 rəsmi transfer[/b]
30.12.2017 - 17:17
[b]“Zirə”dən 4 rəsmi transfer[/b]

Qış fasiləsinə turnir cədvəlinin 3-cü pilləsində yollanan “Zirə” dövrələrarası fasilədə heyətini gücləndirməkdə davam edir. Klubdan apasport.az saytına verilən məlumata görə, Qabriel Mateylə yollarını ayıran komanda 4 futbolçu ilə müqaviləni rəsmiləşdirib.

 

Belə ki, “Zirə” “Qəbələ”dən Tellur Mütəllimov, “Keşlə”dən Mirsahib Abbasov, “Qarabağ”dan İbrahim Aslanlı və Elşən Abdullayevlə anlaşıb.

 

Mütəllimov və Aslanlı ilə 2 il yarım, Abbasovla ilk 6 ayı icarə əsasında olmaqla 1 il yarımlıq müqavilə bağlanılıb. Abdullayev isə mövsüm sonuna qədər “Zirə”nin formasını geyinəcək.

0