[b]Almaniya və Portuqaliya qalib gəldi, İrlandiyada bərabərlik [/b]
30.03.2015 - 00:43
[b]Almaniya və Portuqaliya qalib gəldi, İrlandiyada bərabərlik  [/b]

AVRO-2016-nın seçmə mərhələsində V turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, daha 3 qrupda 8 qarşılaşma baş tutub.

 

Belə ki, Almaniya səfərdə Gürcüstannın qonağı olub. Bundestim təmsilçisi 0:2 hesabı ilə qalib gəlib.

 

Bu qarşılaşma eyni zamanda Bakının “İnter” klubunu da çalışdıran Kaxaber Sxadadzenin millidə ilk seçmə oyunu olub. O, paytaxt təmsilçisindən 3 futbolçu – Baçana Sxadadze, Laşa Salukvadze və Aleksandr Amisulaşvilini dəvət edib. Təcrübəli çalışdırıcı yalnız sonuncuya şans versə də, müdafiəçi 4-cü dəqiqədə zədə səbəbindən meydandan əvəzlənib.

 

D qrupunun lideri Polşa İrlandiyaya səfər edib. Görüşdə hərəyə 1 dəfə fərqlənən komandalar meydanda “sülh bağlayıb – 1:1.

 

Rumıniya Farer adalarını 1:0, Şimali İrlandiya Finlandiyanı 2:1 hesabı ilə məğlub edib. Macarıstan – Yunanıstan matçı isə qolsuz bərabərliklə başa çatıb – 0:0.

 

Albaniya evdə Ermənistana gücünü göstərib. Meydan sahibləri hesabda geri olmasına baxmayaraq, əzmkar qələbə (2:1) qazanıb.

 

Bu görüşdə “Qarabağ”ın futbolçusu Ansi Aqolli də iştirak edib. Start heyətdə meydana çıxan müdafiəçi 90 dəqə forma geyinib.

 

Portuqaliya Serbiya ilə münasibətlərinə aydınlıq gətirib. Fernandu Santuşun yetirmələri 2:1 hesablı qələbəyə sevinib.

 

 

 

AVRO-2016-nın seçmə mərhələsi, V tur

29 mart

Dqrupu

Gürcüstan – Almaniya - 0:2

Qollar: Roys, 39, Müller, 45

 

Şotlandiya – Cəbəllütariq - 6:1

Qollar: Maloney, 18; 34-pen, Fletçer, 29; 77; 90, Naysmit, 39 – Kaskyaro, 20

 

İrlandiya – Polşa - 1:1

Qollar: Lonq, 90+1 - Peszko, 26 


 

1.

Polşa

5

3

2

0

16:3

11

2.

Almaniya

5

3

1

1

9:4

10

3.

Şotlandiya

5

3

1

1

11:5

10

4.

İrlandiya

5

2

2

1

11:4

8

5.

Gürcüstan

5

1

0

4

4:9

3

6.

Cəbəllütariq

5

0

0

5

1:27

0

 

 

F qrupu

Rumıniya – Farer adaları - 1:0

Qol: Keseru, 21

 

Şimali İrlandiya – Finlandiya - 2:1

Qollar: Lafferty, 33; 38 - Sadiqk, 90+1

 

Macarıstan – Yunanıstan - 0:0

 

 

1.

Rumıniya

5

4

1

0

7:1

13

2.

Ş İrlandiya

5

4

0

1

8:4

12

3.

Macarıstan

5

2

2

1

4:3

8

4.

Finlandiya

5

1

1

3

5:7

4

5.

Farer adaları

5

1

0

4

2:7

3

6.

Yunanıstan

5

0

2

3

1:5

2


 

İ qrupu

Albaniya – Ermənistan - 2:1

Qollar:  - Mavray, 77, Qaşi, 81 - Movsisyan, 4

 

Portuqaliya – Serbiya - 2:1

Qollar: Karvalyo, 11, Koentrao, 63 - Matiç, 61

 

 

1.

Portuqaliya

4

3

0

1

4:2

9

2.

Danimarka

4

2

1

1

6:4

7

3.

Albaniya

4

2

1

1

4:5

7

4.

Serbiya

4

1

1

2

6:6

1

5.

Ermənistan

4

0

1

3

3:6

1

0