Nazim Süleymanovun “Bitməyən matç”ı - FOTO
16.04.2015 - 11:19
Nazim Süleymanovun “Bitməyən matç”ı - FOTO

Bu gün 19 yaşadək futbolçulardan ibarət millimizin yeni baş məşqçisi Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı çap edilən “Bitməyən matç” kitabının təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə bir çox tanınmış sima iştirak edib.

 

Onların arasında “Neftçi”nin prezidenti Çingiz Abdullayev, idman-direktoru Vəli Qasımov, AZAL klubunun vitse-prezidenti Vaqif Qasımov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, millimizin məşqçiləri Mahmud Qurbanov, Elxan Abdullayev, Məşqçilər Komitəsinin üzvləri Vaqif Sadıqov, Şahin Diniyev və futbol veteranları olub.

 

Kitab 3000 tirajla çap edilib.

 

Varis Yolçuyevin müəllifi olduğu kitabda səbəbkarın Azərbaycan və Rusiya karyerasından bəhs edilib, tanınmış simalardan münasibət əks etdirilib.

 

0