[b]Dortmund "Borussiya"sı türk futbolçunun keçidini həll etdi[/b]
05.05.2015 - 21:20
[b]Dortmund "Borussiya"sı türk futbolçunun keçidini həll etdi[/b]

Dortmund “Borussiya”sı “Bohum”dan 18 yaşlı futbolçu Atakan Karazoru transfer edib. Apasport.az saytının məlumatına görə, türk əsilli gənc futbolçu yayda komandaya qoşulacaq.

 

Hələlik dortmundluların ikinci komandasında oynayacaq Karazorun müqaviləsi 2 il müddətinə nəzərdə tutulub.

 

Xatırladaq ki, Yürgen Kloppun istefasından sonra “Borussiya”ya mövsümün sonundan etibarən Tomas Tuhel rəhbərlik edəcək.

0