[b]Araik Baqdanyan: Bakıya medal ardınca yollanacağıq [/b]
22.05.2015 - 11:47
[b]Araik Baqdanyan: Bakıya medal ardınca yollanacağıq  [/b]

Ermənistan I Avropa Oyunlarına qatılacaq daha bir yığmasının heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, işğalçı ölkə boks, yunan-Roma güləşi, atıcılıq və cüdo idman növlərinin ardınca yarışın keçiriləcəyi Azərbaycana gətirəcəyi sərbəst güləşçiləri də müəyyənləşdirib.

 

Komandanın baş məşqçisi Araik Baqdanyan bildirib ki, qitədə ilk dəfə təşkil olunacaq yarışda 6 idmançı ilə mübarizə aparacaqlar. Bunlar Qarik Barseqyan (57 kq), Volodya Franqulyan (61 kq), David Səfəryan (66 kq), Qriqor Qriqoryan (74 kq), Musa Murtuzəliyev (86 kq) və Levan Berianidzedi (125 kq).

 

Oyunlara ciddi hazırlaşdıqlarını vurğulayan Baqdanyannın sözlərinə görə, Bakı-2015-də mükafat qazanacaqlarına inanırlar: “Bakıya medal ardınca yollanacağıq. Bütün güləşçilərimiz son saniyəyə qədər mübarizə aparmağa hazırdı. Avropa Oyunlarında “əsas iştirakdı” prinsipi ilə mübarizə aparmayacağıq. Hər şeyi zaman göstərəcək. Yığmaya mən rəhbərlik edəcəm. Bizimlə daha 3 məşqçi, Səfəryanın şəxsi çalışdırıcısı və həkimimiz də gedəcək”.

 

İrəvanda hazırlığı davam etdirən komanda ölkəmizə iyunun 15-də gələcək.

 

0