[b]“Fənərbaxça”dan inanılmaz qərar[/b]
27.05.2015 - 20:38
Çempionluğu əzəli rəqibi “Qalatasaray”ın qazanmasının ardından “Fənərbaxça” rəhbərliyi son ev oyununda öz azarkeşlər arasında mümkün qarşıdurmanın önünü almaq üçün maraqlı qərar verib. Apasport.az saytının məlumatına görə, “bülbüllər” stadionun iki əsas tribunasını azarkeşlərin üzünə bağlayıb.
Belə ki, adətən federasiya tərəfindən cəza verildiyi halda bağlanılan tribunaları bu dəfə klub özü qapatmaq qərarına gəlib.
Üstəlik digər tribunalar üçün bilet qiymətlərini fantastik baha qiymətə təyi edən klub idarəçiləri prezident Əziz Yıldırımın göstərişi ilə bu qərarı veriblər.
0
0