Topaz Premyer Liqasına darmadağınla gəlirlər
28.05.2015 - 09:52
Topaz Premyer Liqasına darmadağınla gəlirlər

Futbol üzrə Azərbaycan I Divizionunda 2014/2015 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin qalibi adını cari mövsümdə cəmi 2 dəfə məğlub olan “Neftçala” qazanıb. Ümumilikdə 78 xal toplayan “Neftçala” bütün rəqiblərini qabaqlayıb.


Turnirdə 2-ci və 3-cü yer uğrunda gərgin mübarizə gedib. Təsadüfi deyil ki, gümüş və bürünc medalların sahibləri məhz son turda müəyyənləşib. “Ağsu” və “Rəvan”ın xalları eyni olduğu üçün komandaların öz aralarında keçirdikləri oyunların nəticələri əsas götürülüb və ağsulular gümüş medala sahib çıxıblar. “Rəvan” isə turniri bürünc medalla yekunlaşdırıb.

 

Matçlar başa çatdıqdan sonra “Neftçala”ya çempionluq kuboku və qızıl medallar təqdim olunub. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. Eyni zamanda, I Divizionun ən sərrast oyunçusu İlham Allahverdiyevə (“Qaradağ Lökbatan”, 21 qol) də xüsusi kubok verilib.
 

Qeyd edək ki, yeni mövsümdən “Kəpəz” və “Zirə” Topaz Premyer Liqasında oynayacaq.

 

“Göyəzən” - “Kəpəz” – 0:3
Arzuman Nəsibov, 63; Ziyabil Məmmədov, 76, 80

“Rəvan” - “Şahdağ” – 1:0
Əli Bağırov, 3

“Neftçala” - “Qaradağ Lökbatan” - 4:5
Aqşin Həşimov, 6, 10; Vurğun Həsənzadə, 53; Vaqif Güləliyev, 56 - Rüfət Məmmədov, 26; Sabir Allahquliyev, 51, 74, 85; Məlikməmməd Abbasov, 78

MOİK - “Şəmkir” – 1:2
Röyal Nəcəfov, 27 - Azər Məmmədov, 50; Anar Rzayev, 67

“Turan Tovuz” - “Energetik” - 5:0
Tuqay Alhüseynli, 5, 8, 10, 57, 79

“Şuşa Qarabağ” - “Ağsu” - 1:2
Elvin İsmayılov, 5 - Qalib Əmrahov, 53, 61

“Zirə” - “Mil Muğan” – 5:1
Besik Çimakadze, 9; Asif Mirili, 16; Elnur Abdulov, 24; Tural Adıgözəlov, 37; Toğrul Bilallı, 88 - Ruhid Usubov, 14

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçala

30

25

3

2

83-19

78

2

Ağsu

30

21

4

5

70-22

67

3

Rəvan

30

21

4

5

70-22

67

4

Qaradağ Lökbatan

30

20

5

5

57-25

65

5

Zirə

30

19

6

5

61-19

63

6

Turan Tovuz

30

15

5

10

75-37

50

7

Şahdağ

30

13

8

9

40-29

47

8

Şuşa Qarabağ

30

14

4

12

49-31

46

9

Kəpəz

30

10

8

12

37-37

38

10

Bakılı

30

10

4

16

46-61

34

11

Şəmkir

30

8

8

14

25-46

32

12

MOİK

30

8

5

17

26-60

29

13

Mil-Muğan

30

7

5

18

30-65

26

14

Energetik

30

5

3

22

24-82

18

15

Göyəzən

30

3

3

24

15-91

12

16

Lokomotiv

30

3

1

26

10-72

10

 

Mənbə: pfl.az

0