[b]Millimizi Avropa çempionatından kənarlaşdırdılar[/b]
15.06.2015 - 08:24
[b]Millimizi Avropa çempionatından kənarlaşdırdılar[/b]

Qadın həndbolçular arasında Avropa çempionatının I seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, oyunları Bolqarıstanda keçirilən A qrupunun son oyununda Azərbaycan millisi meydan sahibləri ilə üz-üzə gəlib.

 

İlk oyununda Farer adalarına (29:28) qalib gələn yığmamız növbəti mərhələyə vəsiqə qazanmaq üçün qalib gəlməli olsa da, bu vəzifənin öhdəsindən gələ bilməyib. Belə ki, Konstantin Ruvinskinin yetirmələri 28:32 hesabı ilə uduzub.

 

Yığmamızın qollarından 7-nə Marina Tankatskaya imza atıb. Yekaterina Peçe və İnarə Yusibova hərəyə 6, Yana Qotnak, İranə Qasımova, Marta Abbasova hərəyə 2 dəfə fərqləniblər. Vəfa Məmmədova, Ülviyyə Şərifova, Anna Cəfərova-Həmidova isə hərəsi 1 dəfə rəqib qapısına yol tapıb.

 

Qeyd edək ki, bu məğlubiyyətdən sonra yığmamız qrupda 2-ci yeri tutaraq, mübarizəni dayandırıb. Növbəti mərhələyə vəsiqəni isə hər iki oyunda qalib gələn Bolqarıstan qazanıb.

0