[b]Bakı klubundan yeni transfer![/b]
29.06.2015 - 09:05
[b]Bakı klubundan yeni transfer![/b]

Yeni mövsümə iddialı başlamağı hədəfləyən “Telekom” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakı klubu baş məşqçi postunu Zoran Qayiçə həvalə etdikdən sonra Bolqarıstan millisinin liberosu Mariya Filipova ilə danışıqları müsbət yekunlaşdırıb.

 

Təcrübəli voleybolçu ilə 1 illik müqavilə imzalanıb. Yığmasının aparıcı üzvlərindən olan 33 yaşlı təcrübəli oyunçu Azərbaycan azarkeşləri üçün tanış simadı. 2010-2014-cü illərdə “Lokomotiv”in şərəfini qoruyan Filipova Super Liqamızın gümüş və bürünc medalını qazanıb, həmçinin Bakı klubu ilə “Çelenc Cup” turnirin çempionu tituluna yiyələnib.

 

Bolqarıstan yığmasının heyətində Avroliqanın müxtəlif əyarlı mükafatlarına sahib olan və ən yaxşı liberosu seçilən Mariya “Metal Qalati” (Rumıniya), “Kann” (Fransa), “Fakel” (Rusiya) və “Levski” (Bolqarıstan) komandalarında da forma geyinib. O, Kann təmsilçisi ilə Fransa çempionu adını qazanıb.

 

Qeyd edək ki, Filipova son mövsümü Sofiya “Levski”sində oynayıb. O, həmçinin Bakı-2015 Avropa Oyunlarında da millisinin heyətində yer alıb.

0