Bakı klubu kapitansız qaldı - FOTO
01.07.2015 - 15:49
Bakı klubu kapitansız qaldı - FOTO

Bakının “Lokomotiv” klubu daha bir voleybolçusunu itirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın Super Liqanı ikinci olmasında böyük pay sahibi olan Valeriya Russo yeni mövsümdə komandanın heyətində yer almayacaq.

 

“Lokomotiv”lə müqaviləsi başa çatan 34 yaşlı italiyalı hücumçu zədə səbəbindən karyerasını bitirməyə qərar verib. Lakin o, sərfəli təklif sayəsində qərarını dəyişəcəyini də istisna etməyib.

 

Bununla da bakılılar ötən ilki heyətdən altısının köməyindən məhrum olub. Komandanın kapitanı olan Russodan öncə Quinta Stenbergen, Enn Buijs (hər ikisi Hollandiya), Valentina Arriqetti (İtaliya), Karli Lloyd (ABŞ) və Tuğce Atıcı (Türkiyə) da düşərgədən ayrılıb.  

 

0