[b]Çumbinyo “Qarabağ”a qayıtdı[/b]
01.07.2015 - 18:41
[b]Çumbinyo “Qarabağ”a qayıtdı[/b]

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışını davam edir. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, dünən “SV Horn”la ilk yoxlama oyununa çıxan komanda bu gün istirahətdədir.

 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 13 günlük aradan sonra  futbolçulara istirahət şansı yaradıb.  Sabaha isə çempionun 2 məşqi nəzərdə tutulub.

 

Bu arada qeyd edək ki, sentyabr ayında “Sent-Etyen”lə Avroliqa matçında zədələnərək sıradan çıxan Çumbinyo da komandanın düşərgəsindədi.

 

Braziliyalı dünən “Qarabağ”ın məskunlaşdığı otelə gəlib.

 

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri növbəti yoxlama oyununa iyulun 3-də çıxacaq. Rəqib  Rumınya “Styaua”sı olacaq.

0