“Porto” transferdə ilkə imza atdı - FOTO
02.07.2015 - 00:45
“Porto” transferdə ilkə imza atdı - FOTO

“Porto” klubu “Marsel”in yarımmüdafiəçisi Janelli İmbulanı heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

 

Belə ki, “əjdahalar” 20 milyon avro qarşılığında 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

 

Bu da Portuqaliya klubunun tarixində ən bahalı transfer kimi tarixə düşüb.  

 

Qeyd edək ki, İmbula 2013-15-ci illərdə “Marsel”də çıxış edib.

0