[b]“Neftçi”nin udan günü var ki...[/b]
03.07.2015 - 11:26
[b]“Neftçi”nin udan günü var ki...[/b]

“Neftçi” avrokuboklarda ardıcıl 10-cu ev oyununda qalib gələ bilməyib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində “Mladost”la (Monteneqro) görüşdə 2:2 hesablı bərabərliklə kifayətlənən paytaxt təmsilçisi, bununla antirekordunu yeniləyib.

 

3 il əvvəl - 2012-ci il iyulun 17-də Gürcüstanın “Zestafoni” klubunu 3:0 hesabı ilə məğlub edən “ağ-qaralar” öz meydanında qazandığı son qələbəni də unutmaq üzrədi. 2012/13 mövsümündə “Hapoel” (Kiryat-Şmona, İsrail), APOEL (Kipr), “İnter” (İtaliya), “Rubin” (Rusiya), “Partizan” (Serbiya), 2013/14 mövsümündə “Skenderbeu” (Albaniya) ilə qarşılaşmalarda qələbəyə həsrət qalan “Neftçi” ötən yay “Koper” (Sloveniya), “Çixura” (Gürcüstan) və “Partizan”la (Serbiya) duellərdə azarkeşlərini qələbəsizliklər üzmüşdü.

 

Azərbaycan klubları üçün mütləq antirekord sayılan bu göstəricini növbəti mövsümədək uzatmamaq üçün “Neftçi” “Mladost” səddini adlayıb, II təsnifat mərhələsində sindromu qırmalıdı. Sonuncu dəfə 1081 gün əvvəl qalib gələn paytaxt klubu ən yaxşı halda, iyulun 23-də seriyasına son qoya bilər. Çünki II təsnifat mərhələsinin cavab oyunu 20 gündən sonra baş tutacaq. Həmin gün “Mladost” (Monteneqro) - “Neftçi” (Azərbaycan) cütünün qalibi “Kukesi” (Albaniya) - “Torpedo” (Belarus) duelinin sevinən tərəfini qəbul edəcək.

 

 

0