"Arsenal" ispan futbolçu ilə danışıqlara başladı
06.07.2015 - 10:52
"Arsenal" ispan futbolçu ilə danışıqlara başladı

İngiltərənin “Arsenal” klubu “Barselona”nın futbolçusu Pedro Rodrigesi heyətinə qatmaqda israrlıdı. Apasport.az saytı xəbər verir ki, londonlular 28 yaşlı yarımmüdafiəçinin agenti ilə təmasa keçiblər.

 

“Atletiko”nun təklifini qəbul etməyən Pedro karyerasını İngiltərə çempionatında davam etdirmək niyyətindədi. “Arsenal” rəhbərliyi də məhz bundan istifadə edərək, İspaniya yığmasının üzvünü heyətinə qatmaq istəyir.

 

“Barselona” Pedronu 30 milyon avroya satmağa hazırdı.

 

Qeyd edək ki, “Barsa”nın yetirməsi olan Pedro La Liqanın son mövsümündə 35 oyunda 6 qol vurub. 

0