[b]“Qəbələ” üçün 4 portuqaliyalı gəlir[/b]
29.07.2015 - 10:21
[b]“Qəbələ” üçün 4 portuqaliyalı gəlir[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin “Apollon”la (Kipr) oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 6-da Bakıda təşkil olunacaq görüş portuqaliyalı Duarte Qomeşə həvalə edilib.

 

Ona həmyerliləri Luis Kampos, Venansio Tome və Bruno Payxao köməklik edəcəklər. Qarşılaşmada hakim-inspektor vəzifəsini xorvatiyalı Draqutin Polyak yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladislav Xodeyev (Rusiya) olacaq.

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. 

0