[b]“Bu hissləri artıq bir dəfə yaşamışıq” - Qara Qarayev[/b]
27.08.2015 - 23:03
[b]“Bu hissləri artıq bir dəfə yaşamışıq” - Qara Qarayev[/b]

"Oyundan əvvəl qarşılaşmanın bu axarda davam edəcəyini gözləmirdik. Bunu deyən olsaydı belə, inanmazdıq." Apasport.az saytının xəbərinə görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

"Yanq Boys"la oyunda qələbə qazanan "Qarabağ" tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Oyundan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi böyükhesablı (3:0) qələbə haqda bunları deyib: "Komandaya dəstək olanlara təşəkkür edirik. Ancaq pozitiv şeylər haqda danışmalıyıq".

O, rəqibin azlıqda qalmasının həlledici olduğunu da vurğulayıb: "Səfərdə qazandığımız qələbə bizi sakitləşdirməmişdi. İşimizi ehtiyatlı tutmuşduq. Rəqibin qırmızı vərəqə almağı işimizi asanlaşdırdı. Qələbə asan başa gəlmədi. Daha çox mübarizə apardıq, əzmkarlıq göstərdik".

Gənc futbolçu bu dəfə fərqli hisslərin ardınca gedəcəklərini də istisna etməyib: "Qrup mərhələsinə yüksəldiyimizdən, bizim üçün fərqli bir hiss yoxdu. Çünki bu hissləri artıq bir dəfə yaşamışıq. Ötən il bu mərhələdə etdiyimiz səhvləri etməməli, nəticə çıxarmalıyıq".

 

0