[b]“Neftçi”nin məğlubiyyətinə şahidlik etmiş hakim millinin oyununda[/b]
03.09.2015 - 19:34
[b]“Neftçi”nin məğlubiyyətinə şahidlik etmiş hakim millinin oyununda[/b]

AVRO-2017-nin seçmə mərhələsində çıxış edən 21 yaşlılardan ibarət milli komandamızın sabah Avstriyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 19:00-da start veriləcək və “Dalğa Arena”da baş tutacaq qarşılaşmanın baş hakimi Belarus Futbol Federasiyasından Denis Şerbakov olacaq.

 

Ona həmyerliləri Andrey Getikov və Yevgeni Romanov kömək edəcəklər.

 

Matçın 4-cü hakimi isə Vadim Pançanka olacaq.

 

Qarşılaşmaya UEFA nümayəndəsi kimi  gürcüstanlı Bakar Cordaniya, hakim inspektor isə maltalı Viktor Mintoff təyinat alıb.

 

Denis Şerbakov azərbaycanlı futbol azarkeşlərinə tanış hakimdi. Belaruslu referi 2014-cü ilin iyulun 17-də Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Neftçi” – “Koper” (1:2) oyununda əsas söz sahibi olub.

0