“Qəbələ”nin daha bir futbolçusu yığmadan kənarlaşdırıla bilər - FOTO
10.11.2015 - 13:04
“Qəbələ”nin daha bir futbolçusu yığmadan kənarlaşdırıla bilər - FOTO

“Qəbələ”nin yarımmüdafiəçisi Sergey Zenyov komandanın düşərgəsini tərk edib. Klubdan apasport.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçu Estoniya yığmasına yollanıb.

 

Noyabr ayında Gürcüstan və Sent-Kitts və Nevis yığmaları ilə yoxlama görüşü keçirəcək Estoniya millisinin heyətinə dəvət alanlar arasında Zenyov da var. Lakin futbolçu yığmadan uzaqlaşdırıla bilər. Buna səbəb onun Topaz Premyer Liqasının XII turunda “İnter”lə (1:1) dünən keçirilən qarşılaşmada zədələnməsidi. Birinci hissədə sağ ayağından xəsarət alaraq əvəzlənən yarımmüdafiəçi yığmanın həkimləri tərəfindən müayinə olunacaq. Əgər zədəsinin ciddi olduğu aşkarlansa, “Qəbələ”nin ön xətt oyunçusu millinin heyətindən kənarlaşdırılacaq.

 

“Qəbələ”nin hücumçusu Ermin Zets isə Bosniya və Herseqovina yığmasına çağırılmışdı. Hazırda ölkəsində olan 27 yaşlı oyunçu millinin həkimləri tərəfindən tibbi müayinədən keçdikdən sonra siyahıdan çıxarılıb. Sonuncu dəfə oktyabrın 28-də AZAL-la çempionatın X tur matçında iştirak edən Zets kürəyindəki zədədən əziyyət çəkir.

0