“Qarabağ” transfer axtarışında: BRAZİLİYA VƏ PORTUQALİYADA
17.03.2026 - 10:42
"Qarabağ" heyətini gücləndirmək üçün çalışmalara start verib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub müdafiəçi axtarışlarını gücləndirib.
Hazırda klub rəhbərliyi üçün prioritet ən azı 2 mərkəz müdafiəçisi transferidir.
Ağdam təmsilçisi Portuqaliya və Braziliyada stoper axtarışındadır. Artıq skautların bir neçə futbolçunu bəyəndiyi və kluba məsləhət gördüyü bildirilib.
Qeyd edək ki, daha öncə Bəhlul Mustafazadə və Sami Mmaenin yayda komandanı tərk edəcəyini xəbər vermişdik.
- Şəhid jurnalistlərin xatirəsinə həsr edilən V minifutbol turniri start götürüb
- Azərbaycanda işləmiş baş məşqçi Gürcüstan millisində - RƏSMİ
- Mahir Emreli: “Sabah yaxşı nəticə qazanacağımıza inanırıq”
- Ayxan Abbasov: “Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır”
- Rəşad Eyyubov: “Çox ağır oyun keçirdik”
14
0