[b]“Neftçi”də 2-3 futbolçu var ki, təxribatla məşğuldu” - MÜSAHİBƏ[/b]
23.11.2015 - 14:33
[b]“Neftçi”də 2-3 futbolçu var ki, təxribatla məşğuldu” - MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının XIII turunda öz meydanında “Neftçi”yə 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

 

- “Neftçi” ilə oyunda hansı komponentlərdə geri qaldığınıza görə uduzduz?

- Matça yaxşı hazırlaşmışdıq. Bu görüş həm komandamız, həm də azarkeşlərimiz üçün vacib idi. Baxımlı oyun göstərmək və layiqli qələbə qazanmaq istəyirdik. Fasiləyə qədər yaxşı oynadıq. Qol vurmaq üçün imkanlarımız da oldu. İkinci hissədə isə komandamızda enişin şahidi olduq.

 

- Bunun səbəbi nə idi?

- Mən də bir söz deyə bilmirəm. Amma reallıq odu ki, zəif oynadıq.

 

- Bəlkə çox istəkli olmağınız işinizə mane oldu?

- Bu da mümkündü. Çünki uşaqlar çox istəkli idilər. Ola bilsin, bu istək uşaqları “yandırdı”. İstənilən halda, sonluq bizim üçün pis alındı. Səkkiz il idi ki, öz meydanımızda “Neftçi”yə uduzmurduq. Bu seriyanı uzatmaq istəyirdik.

 

- Birinci hissədə hər xırda qayda pozuntusuna görə, futbolçular arasında gərginlik yaşanırdı. Niyə belə alınırdı?

- “Neftçi” ilə oyunlarımızda hər zaman belə olur. Çünki bu komandada 2-3 futbolçu var ki, təxribatla məşğul olur. Onlardan biri Erik Ramosdu. Bu adam futbol oynamaqdan çox, aranı qatmaqla məşğuldu. Bu üzdən də tez-tez gərginlik yaranırdı.

 

- Cari mövsümdə ev oyunlarınıza azsaylı azarkeş gəlirdi. Bu dəfə gələnlərin sayı artsa da, onları məyus etdiz...

- Azarkeşlərə təşəkkür edirik. Dəstəklərini hiss edirik. Komanda yığışıb, söhbət edəcək. Bu cür davam etmək olmaz. Azarkeşlərə də hörmət etməliyik, gəlirlər, dəstəkləyirlər, sonda məyus olurlar. Bunun bir sonu olmalıdı.

 

- Kiminlə danışacaqsınız?

- Klub rəhbərliyi ilə. Belə davam etmək “Xəzər Lənkəran”a yaraşmır.

 

- Maddi problemlərin təsiri çoxdu?

- Maddi problemlər var, amma aradan qaldıracaqlarına söz veriblər.

 

- Bəlkə oyununuza təsir edən əsas məqamlardan biri də budu?

- İnanmıram, özü də “Neftçi” ilə matçda. Futbolçu meydana çıxdıqdan sonra pulu düşünmür, fikri oyunda olur. Rəhbərlik söz verib, görək, axırı necə olur. Yanvarda komanda gücləndirilməsə, bu cür oynamaqdan oynamamaq daha yaxşıdı.

 

- Vəziyyət dəyişməsə, sizin qərarınız necə olacaq?

- Baxarıq da. Söz veriblər ki, hər şey düzələcək və mükafatlar uğrunda mübarizə aparacağıq.

 

0