[b]“İşıqların sönməsinin səbəbi hələ də bilinmir”[/b] - stadionun direktoru
30.11.2015 - 11:54
[b]“İşıqların sönməsinin səbəbi hələ də bilinmir”[/b] -  stadionun direktoru

“Stadionda işıqların sönməsinin səbəbi hələ də bilinmir. Bununla bağlı araşdırmalarımız davam edir”. Bu sözləri apasport.az saytına 8-ci km qəsəbə stadionunun direktoru Tələt Məmmədov deyib.

 

Topaz Premyer Liqasının XIV turu çərçivəsində dünən baş tutan “Neftçi” – “Qarabağ” matçının fasiləsində stadionunun projektorları sönmüşdü. Bu üzdən təxminən 5 dəqiqə meydan qaranlığa qərq olmuş və ikinci hissə gözləniləndən 3 dəqiqə gec start götürmüşdü.

 

Arenanın direktoru bu problemin onlardan qaynaqlanmadığını söyləyib: “İşıq idarəsinə, yəni “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə zəng eləmişik, deyirlər ki, olmamalı idi, nəyə görə söndüyünü bilmirik. Stadionun daxili problemi olsaydı, bütün işıqlar sönərdi. Halbuki, yalnız meydançanın işıqları söndü. Ümumi Nizami rayonunun 1144 nömrəli işıq idarəsində “pasatka” gedib. Səbəb yəqin ki, budu. Bizlik bir problem yoxdu. Yenə də bu məsələnin üstünə düşmüşük, araşdırmamız davam edir”.

 

Məmmədov birinci hissənin gedişində elektron tablonun sönməsinə də aydınlıq gətirib: “Birinci hissə zamanı elektron tablonun yazısı getdi. Mən özüm tapşırdım ki, tablonun işığını söndürsünlər. Fasilədə yenilənmə apardılar, özünə gəldi”.

 

0