[b]Rəşad Sadıqov “Anderlext”lə oyunu buraxa bilər[/b]
01.12.2015 - 16:44
[b]Rəşad Sadıqov “Anderlext”lə oyunu buraxa bilər[/b]

Son vaxtlar tez-tez zədədən əziyyət çəkən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov yenə komandadan ayrı qalıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, təcrübəli müdafiəçi daha bir neçə oyunu buraxmalı olacaq.

 

33 yaşlı futbolçu hələ də həkim nəzarəti altında çalışmalarını davam etdirir. Əzələsi dartılan Azərbaycan yığmasının futbolçusunun yaşıl meydançalara dönəcəyi tarix hələ bəlli deyil. Onun sabah Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Şəmkir”lə görüşü buraxacağı dəqiqdi.

 

Sadıqovun dekabrın 6-da Topaz Premyer Liqasının XV turu çərçivəsində “İnter”lə görüşdə iştirakı da sual altındadı. Çox güman ki, Rəşad həmin qarşılaşmada da meydançada olmayacaq. Çünki həkimlər onu Avropa Liqasının qrup mərhələsinin son turunda “Anderlext”lə oyuna yetişdirməyə çalışırlar. Kapitanın hətta Belçikadakı matçı buraxmaq təhlükəsi də var. Lakin baş məşqçi Qurban Qurbanov nəyin bahasına olursa-olsun, komandanın liderinin Avrokubok qarşılaşmasında ixtiyarında olmasını istəyib.

 

Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu dekabrın 10-da Brüssel şəhərinin “Konstant Vanden Stok” stadionunda keçiriləcək.

0