[b]FİDE rəsmiləri Bakıda görüşlər keçiriblər[/b]
14.12.2015 - 11:23
[b]FİDE rəsmiləri Bakıda görüşlər keçiriblər[/b]

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) nümayəndə heyəti Azərbaycana gəlib. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, FİDE-nin vitse-prezidenti, hazırda prezident səlahiyyətlərini icra edən Georgios Makropulos, eləcə də FİDE-nin digər vitse-prezidenti İzrael Gelfer, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili ölkəmizdə bir sıra görüşlər keçiriblər.

 

Onlar iki günlük səfər müddətində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və AŞF-nin vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədovla görüşüblər.

Görüş zamanı Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlığı müzakirə edilib. Qonaqlar Bakı Şahmat Olimpiadasının keçiriləcəyi “Kristal Hall”da da olublar.  

0