Topaz Premyer Liqasının XVII turunda “Sumqayıt”la qarşılaşacaq “Qarabağ” braziliyalı yarımmüdafiəçisi Çumbinyonun xidmətindən yenə məhrum qala bilər. Klubdan apasport.az saytına verilən məlumata görə, buna səbəb “sambaçı”nın zədəli olmasıdı.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Anderlext”lə səfər matçında zədələnərək əvəzlənən 29 yaşlı oyunçu artıq məşqlərdə iştirak edir. Əzələsində problem yarandığı üçün “Zirə” ilə görüşü buraxan Çumbinyonun “Sumqayıt”la qarşılaşmada iştirakı sual altındadı. Futbolçu “18-liy”ə salınsa belə, onun start heyətində meydana çıxması gözlənilmir.
Qeyd edək ki, müdafiəçi Ansi Aqolli və hücumçu Reynaldo Silva da hazırda zədədən əziyyət çəkir.