[b]Aleksey Qay: Bu, qaçılmaz haldı - MÜSAHİBƏ[/b]
20.12.2015 - 00:00
[b]Aleksey Qay: Bu, qaçılmaz haldı - MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının XVIII turunda “Qarabağ”ın qonağı olan “Qəbələ” hesabı erkən açsa da, üstünlüyünü sona qədər qoruya bilmədi. İkinci hissədə liderin hesabı bərabərləşdirməsi və qonaqların penaltidən istifadə edə bilməməsi xalların yarı bölünməsinə səbəb oldu. Oyundan sonra “Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb

 

- Erkən qol vursanız da, qələbə hesabını qoruya bilmədiniz. Niyə?

- Qələbə qazana bilərdik. Reallaşdıra bilmədiyimiz epizodlar oldu. “Qarabağ”ın topla yaxşı davranması bizə əlavə çətinlik yaratdı. Artırmağımız gərəkən məqamlar var.

 

- Qış fasiləsinə qədər olan dövrü necə qiymətləndirirsiniz? Çünki mövsümə yaxşı başlasanız da, sonradan xallar itirdiniz...

- Futbolda belə şeylər olur. Üstəlik, yeni yığılmış komandayıqsa, bu, qaçılmaz haldı. Hər oyunda qələbə qazanmağımız mümkün deyil. Toparlanmalı, vahid komanda şəklində olmalıyıq.

 

- Almeyda Azərbaycanda ilin ən yaxşı legioneri seçilən zaman sizin adınızı çəkmişdi. Siz özünüzü ən yaxşı hesab edirsinizmi?

- Almeyda bu titula layiqdi. Onu təbrik edir, uğurlar arzulayıram.

 

- Yarımmüdafiə xəttində yer alan futbolçular yorğun görünürdülər. Xüsusilə də əks-hücumlara qoşulmaqda çətinlik çəkirdiniz. Bunu nə ilə əlaqələndirirsiniz?

- Yorğunluq var idi, amma futbolçunun işi təqvimə uyğun oyunlara çıxmaqdı, verilən tapşırıqları yerinə yetirməkdi. Kənardan necə görünürük, deyə bilmərəm, amma yorğunluqdan şikayət etməməliyik.

 

- Penalti epizodundan yararlana bilmədiniz. Bu anı həlledici hesab etmək olarmı? Əgər siz vursaydınız, bəlkə də daha fərqli olardı...

- Görürsüz, əgər deyirik. Bəlkə mən vursam, yenə qol olmayacaqdı? Ehtimalla danışmayaq.

 

- Xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Fikrimcə, 2 xal itirdik.

0