[b]“İnter” bombardiri ilə yollarını ayırdı - FOTO[/b]
28.12.2015 - 12:48
[b]“İnter” bombardiri ilə yollarını ayırdı - FOTO[/b]

“İnter”də “yarpaq tökümü” davam edir. Klubdan apasport.az saytına verilən məlumata görə, “bankirlər”in hücumçusu Dieqo Martins Azərbaycanı tərk etmək qərarına gəlib.

 

Cari mövsüm 5 qolla komandanın ən məhsuldar oyunçusu olan braziliyalı başa çatan müqavilə müddətini uzatmaqdan imtina edib. O, ölkə xaricində özünə yeni komanda tapdığını və “İnter”dən getməkdə qərarlı olduğunu bildirib. Bunu nəzərə alan paytaxt təmsilçisi 27 yaşlı “sambaçı”ya “yaxşı yol” deyib.

 

Qeyd edək ki, Dieqo Martins Topaz Premyer Liqasının ilk yarısında 15 matçda iştirak edib. Ona qədər Abdulla Abatsiyev, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilian Vila və Stepan Polyak “bankirlər”lə vidalaşmışdı.

0