[b]“İnter”də 8 müqavilə[/b]
28.12.2015 - 16:24
[b]“İnter”də 8 müqavilə[/b]

“İnter” qış fasiləsindəki fəallığını davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, “bankirlər”də daha 8 futbolçunun taleyinə aydınlıq gəlib.

 

Topaz Premyer Liqasında fasilə yaranan kimi, 7 oyunçu ilə yollarını ayıran paytaxt təmsilçisi “təmizləmə” işini yekunlaşdırmaq üzrədi. Çünki müqavilə müddəti başa çatan digər 8 oyunçu ilə danışıqlar müsbət nəticələnib.

 

Mirhüseyn Seyidov, Rauf Əliyev, Fuad Bayramov, Nizami Hacıyev, Ruslan Əmircanov, İlkin Qırtımov, Elnur Abdullayev və Denis Silva mövsümü “bankirlər”in heyətində başa vurmaq qərarına gəliblər. Belə ki, adıçəkilən oyunçular yeni rəhbərliyin şərtləri ilə razılaşıblar. Yaxın günlərdə bu oyunçuların bəziləri ilə yeni 6 aylıq, bəziləri ilə də 1 illik müqavilə imzalanacaq.

 

Bununla da anlaşması başa çatan futbolçu sayı 1-ə enib. Hazırda gələcək taleyi qeyri-müəyyən olan yeganə oyunçu Limam Seydidi. Fransalı forvardla bağlı son qərarı baş məşqçi Zaur Svanadze verəcək.

 

Ruslan SADIQOV

0