[b]“Qarabağ”ın 1000-ci qolu![/b]
31.03.2016 - 11:30
[b]“Qarabağ”ın 1000-ci qolu![/b]

“Qarabağ” Azərbaycan çempionatları tarixində 1000-ci qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən keçirilən milli çempionatların daimi iştirakçısı olan Ağdam təmsilçisi yubiley qolunu Topaz Premyer Liqasının XXVII turunun “Rəvan”la oyununda vurub.

 

Bu topun müəllifi makedoniyalı yarımmüdafiəçi Murem Muaremdi. 2 il əvvəl 900-cü qolun müəllifi kimi tarixə düşən 28 yaşlı legioner iki əlamətdar qolu 703 gün intervalla vurub.

 

“Rəvan”ı 5:1 hesabı ilə məğlub edən “Qarabağ” 1000-ə oyundakı 2-ci qolla çatmaqla kifayətlənməyib, bu göstəricidə 1003-ə qədər irəliləyib. Ağdam təmsilçisi ölkə çempionatlarında “Neftçi”dən sonra 1000-i keçən 2-ci komandadı. “Qarabağ” mininci qolu 684-cü oyununda vurub. 

 

Bu matçların 21-də texniki nəticə qeydə alınıb. Texniki nəticə və ləğv olunan matçlar nəzərə alınmamaqla, 1003 dəfə fərqlənən “Qarabağ” ilk qolunu 1992-ci ildə vurub. Mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə görüşdə hesabı açan Mehman Alışanov nəinki klubun, ümumiyyətlə ölkə çempionatlarının ilk qoluna imza atıb.

 

“Qarabağ”ın çempionatdakı tarixi qolları

N

Oyunçu

Rəqib

Yer

Dəq.

Mövsüm

Tarix

1

Mehman Alışanov

İnşaatçı(Sabirabad)

e

4

1992

03.05.1992

100

Səttar Əliyev

Xəzər (Sumqayıt)

e

68

1993/94

30.09.1993

200

Müşfiq Hüseynov

Kür-Nur (Mingəçevir)

e

-

1995/96

01.10.1995

300

Bəxtiyar Musayev

Neftçi (Bakı)

e

64

1997/98

22.11.1997

400

Elmir Xankişiyev

Şəfa (Bakı)

s

13

1999/2000

03.04.2000

500

Eldəniz Məmmədov

Şahdağ-Samur (Qusar)

s

89

2003/04

13.09.2003

600

Vasif Haqverdiyev

MOİK (Bakı)

e

14

2005/06

29.04.2006

700

Rəşad Sadiqov

Qəbələ (Qəbələ)

s

78

2009/10

06.12.2009

800

Rəşad Sadıqov

Sumqayıt (Sumqayıt)

s

21

2012/13

19.08.2012

900

Muarem Muarem

Neftçi (Bakı)

e

51

2013/14

27.04.2014

1000

Muarem Muarem

Rəvan (Bakı)

e

53

2015/16

30.03.2016

 Qeyd edək ki, 1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib.

 

0