“Liverpul” Sörlot uğrunda “Fənərbaxça” ilə rəqabətə girir
24.12.2025 - 23:33
“Liverpul” hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İngiltərə təmsilçisi Madridin “Atletiko” klubunda çıxış edən Aleksandr Sörlotla maraqlanır.
Bu barədə insayder Matteo Moretto məlumat yayıb.
Onun sözlərinə görə, La Liqa təmsilçisi 30 yaşlı forvard üçün 35–40 milyon avro tələb edir.
Xatırladaq ki, oyunçu ilə Türkiyənin “Fənərbaxça” klubu da yaxından maraqlanır
Qeyd edək ki, Norveç millisinin üzvü cari mövsümdə “Atletiko”nun heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Harri Keyn Çempionlar Liqasında tarix yazdı – Ronaldonun rekorduna yaxınlaşır
- “Milan”ın futbolçusu əməliyyat olundu
- “Sabah”ın qələbəsi Azərbaycanı UEFA reytinqində yüksəltdi
- Yamaldan “Qalatasaray” etirafı: “İkinci qolları ləğv edilməsəydi...”
- Okan Buruk futbolçularını tənqid etdi: “Oyunu daha yaxşı oxumalıdırlar”
0
0