Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
27.11.2026 - 14:19
Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”

Gürcüstan Futbol Federasiyasının lisenziyalaşdırma saytının sisteminə haker hücumu edilib.

Apasport.az xəbər verir ki, sayta daxil olan istifadəçilər “Free Palestine” (“Fələstinə azadlıq”) yazısı ilə qarşılaşırlar.

Kiberhücumun Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşmasında yaşanan hadisələrlə əlaqəli olduğu bildirilir. 

Xatırladaq ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçirilən görüşdə Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisi müdaxilə edib.

Hadisə zamanı saxlanılan 16 türkiyəli azarkeş daha sonra sərbəst buraxılıb.