Messi və Ronaldo eyni matçda meydana çıxa bilərlər
28.11.2026 - 14:42
Argentina millisinin və “Mançester Siti”nin sabiq hücumçusu Karlos Teves vida oyunu keçirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, dekabrın 20-də baş tutacaq qarşılaşmaya dünya futbolunun iki ulduzu – Lionel Messi və Kriştiano Ronaldo dəvət olunub.
Messi görüşdə iştirak edəcəyini rəsmən təsdiqləyib. Portuqaliyalı futbolçunun isə matça qatılıb-qatılmayacağı hələ dəqiqləşməyib.
Qarşılaşma Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək.
Qeyd edək ki, Teves və Ronaldo 2007–2009-cu illərdə “Mançester Yunayted”də birlikdə çıxış ediblər.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0