[b]“Təkrarı görəndə səhv etdiyimi anladım”[/b]
29.04.2016 - 17:36
[b]“Təkrarı görəndə səhv etdiyimi anladım”[/b]

“Epizoddan da görünür ki, mövqeyim ideal idi. Qərar verəndə məndə şübhə yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri mübahisəli “Neftçi” – “Qəbələ” oyununun baş hakimi Əliyar Ağayev deyib.

 

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan “Neftçi” – “Qəbələ” görüşündə qonaqların penaltisinin verilməməsi uzun müddətdi müzakirə mövzusuna çevrilib.

 

Çempionatın son turunda və kubokun yarımfinal matçlarında hakim idarəçiliyinin müzakirəsi zamanı ən çox maraq doğuran məhz bu qarşılaşmaya olan münasibət idi. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərlik etdiyi toplantıda FİFA dərəcəli referi “Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qayın “Neftçi”nin qapıçısı Aqil Məmmədovla təkbətək epizodunu düzgün dəyərləndirmədiyini etiraf edib: “Epizodu simulyasiya kimi dəyərləndirdim. Məni yanıldan Aleksey Qayın yıxılmamışdan öncə dizini qatlaması oldu. Təkrarı görəndə səhv etdiyimi anladım. Bu, aşkar penaltidi, bəhanə axtarmağa dəyməz”.

 

Komitə sədri Xaqani Məmmədov bunun görüşdə yeganə səhv olmadığını bildirib. O, son dəqiqələrdə “Neftçi”nin yarımmüdafiəçisi Fəhmin Muradbəyliyə qarşı kobudluğu hakimin penalti kimi dəyərləndirməli olduğunu söyləyib.

 

Rəşad Sadiqovun ikinci sarı vərəqə aldığı epizodda isə Əliyar Ağayevin doğru qərar qəbul etdiyi qənaətinə gəlinib. Xaqani Məmmədov futbolçunu hakimlər barədə dediyi fikirlərə görə sərt şəkildə tənqid edib.

0