[b]“Sumqayıt” qiymət “oxudu”: Həmin pula Reynaldo səviyyəsində futbolçu gətirəcəklər[/b]
02.05.2016 - 10:43
[b]“Sumqayıt” qiymət “oxudu”: Həmin pula Reynaldo səviyyəsində futbolçu gətirəcəklər[/b]

“Amil Yunanov transferə çıxarılası futbolçu deyil. Bəri başdan deyirəm ki, onunla maraqlanan klublar indidən əllərini üzsünlər”. Bu sözləri apasport.az saytına “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev deyib.

 

“Sumqayıt”ın heyətində əla mövsüm keçirən Amil Yunanov Topaz Premyer Liqasının iddialı komandalarının artıq maraq dairəsinə düşüb. Lakin “gənclik şəhəri” təmsilçisi müqavilə müddəti davam edən gənc forvardı satmaq niyyətində deyil.

 

Klub prezidenti 23 yaşlı hücumçu üçün heç kimin onlara müraciət etməməsini istəyib: “Amilə görə elə bir qiymət deyəcəm ki, həmin pula sanki gedib ikinci Reynaldonu gətirəcəklər. Ona görə yox ki, biz pul istəyirik. Şükür Allaha, maliyyə problemimiz yoxdu. Amil qollarını elə bizim komandada vurmaqda davam edəcək. Onun 23 yaşı var. İstəyirəm ki, minimum daha bir mövsüm bizdə oynasın. Ondan sonra görsək ki, hansısa böyük klub istəyir, o zaman buraxacağıq. Hər kəs bilsin ki, Yunanov bu mövsüm transferə çıxarılmayacaq”.

 

Qeyd edək ki, Amil Yunanov cari mövsümdə Topaz Premyer Liqasında 9 qola imza atıb.

0