[b]Rio-2016-ya yollanan futbol hakimlərinin adları açıqlandı[/b]
02.05.2016 - 17:47
[b]Rio-2016-ya yollanan futbol hakimlərinin adları açıqlandı[/b]

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının futbol yarışı üçün hakimlər açıqlanıb. Apasport.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, avqustun 4-dən 20-dək baş tutacaq Olimpiadaya 16 baş hakim təyinat alıb.

 

Həmçinin 32 laynsman və 2 ehtiyat hakim də Braziliyaya yollanacaq. Avropa qitəsindən Olimpiadaya yollanacaq ədalət təmsilçiləri arasında son illərin ən güclü hakimləri arasında göstərilən türkiyəli Cüneyt Çakır da yer alacaq.

 

Asiya
Baş hakim: Fahad Əl Mirdasi
Köməkçi hakimlər: Abdulla Əl Şalvai, Mohammed Əl Abakri (hamısı Səudiyyə Ərəbistanı)

Baş hakim: Alireza Faqani
Köməkçi hakimlər: Reza Sokhandan, Mohammadreza Mansuri (hamısı İran)

Baş hakim: Ryuji Sato
Köməkçi hakimlər: Toru Saqara, Hiroşi Yamauçi (hamısı Yaponiya)

Afrika

Baş hakim: Malanq Diedou
Köməkçi hakimlər: Cibril Kamara, El Haci Malik Samba (hamısı Seneqal)

Baş hakim: Qead Qrişa (Misir)
Köməkçi hakimlər: Reduan Açik (Mərakeş), Valed Ahmed (Sudan)

Ehtiyat hakim: Jozef Lamptey (Qana)

Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi
Baş hakim: Uolter Lopes Kastellanos (Qvatemala)
Köməkçi hakimlər: Leonel Leal (Kosta-Rika), Gerson Lopes Kastellanos (Qvatemala)

Baş hakim: Sezar Ramos

Köməkçi hakimlər: Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika)

Cənubi Amerika
Baş hakim: Nestor Pitana
Köməkçi hakimlər: Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina)

Baş hakim: Sandro Rikki
Köməkçi hakimlər: Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya)

Baş hakim: Roddi Zambrano
Köməkçi hakimlər: Kristian Leskano, Biron Romero (hamısı Ekvador)

Ehtiyat hakim: Dieqo Haro (Peru)

Okeaniya
Baş hakim: Metyu Konqer (Yeni Zelandiya)
Köməkçi hakimlər: Simon Lount (Yeni Zelandiya), Tevita Makasini (Tonqa)

Avropa 
Baş hakim: Cüneyt Çakır
Köməkçi hakimlər: Bahattin Duran, Tarık Onqun (hamısı Türkiyə)

Baş hakim: Ovidiu Hațeqan
Köməkçi hakimlər: Ostavian Sovre, Sebastian George (hamısı Rumıniya)

Baş hakim: Sergey Karasyov
Köməkçi hakimlər: Tixon Kaluqin, Nikolay Qolubeyev (hamısı Rusiya)

Baş hakim: Antonio Matyu Lahoz
Köməkçi hakimlər: Pau Sebrian Devis, Roberto Diaz Peres (hamısı İspaniya)

Baş hakim: Klemen Turpin
Köməkçi hakimlər: Frederik Kano, Nikolas Danos (hamısı Fransa)

0