[b]“Qarabağ”ın daha 3 potensial rəqibi bəlli oldu[/b]
23.05.2016 - 09:50
[b]“Qarabağ”ın daha 3 potensial rəqibi bəlli oldu[/b]

İyunun 20-də İsveçrənin Nyon şəhərində keçiriləcək Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq 39 komandadan 37-si müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində müəyyən dəyişiklik də edilib.

 

Belə ki, Kosovo çempionu da yarışa buraxıldığından I təsnifat mərhələsində 10 komanda mübarizə aparacaq. Yeni ölkənin təmsilçisindən başqa, Latviya da mübarizəyə daha tez başlamağa məcbur olacaq. Bu 10 komandasından 1-i bilinməsə də, onlar iki səbətə bölünüb. Çünki San-Marinonun çempionunun səpələnməmişlərdə yer alacağı dəqiqləşib.

 

Turnirə birbaşa II təsnifat mərhələsindən start verəcək 29 komandadan 28-i bilinir. Yalnız Molıdova çempionu dəqiqləşməyib. Buna görə də bu raundun komandalarının əksərinin püşkdə yer alacağı səbət bilinir. Yalnız moldovalılarla I təsnifat mərhələsindən gələcək 1 cütün taleyi bəlli deyil. İlk raundun digər 4 cütü isə səpələnməmişlərdən olacaq.

 

Hazırda səpələnməli 17 klubdan 16-sı bilinir. Azərbaycan çempionu “Qarabağ”ın da yer aldığı “16-lığ”a “Kopenhagen”, “Skenderbeu” və “Trençin” də qoşulub.

 

Təmsilçimizin potensial rəqiblərindən ola biləcək 12 klub və 4 cütlük var. Bura “Ddüdelanj”, Beyer-Şeva “Hapoel”i və “Jalgiris” də əlavə olunub. Sonuncuların səbəti yeni bəlli olubsa, digərləri çempionluğu son günlərdə qeyd edib.

 

Çempionlar Liqası 

I təsnifat mərhələsi

 

Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya), “Valletta” (Malta), “Santa Koloma” (Andorra), “Torshavn” (Farer adaları)

 

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Alaskert” (Ermənistan), “Liepaya” (Latviya), “Feronikeli” (Kosovo), San-Marino çempionu

 

II təsnifat mərhələsi

Səpələnmişlər: “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Legiya” (Polşa), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Qarabağ” (Azərbaycan), “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Skenderbeu” (Albaniya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Tiflis, Gürcüstan), “Hafnarfyorfur” (İslandiya), “Trençin” (Slovakiya)

 

Səpələnməmişlər: “Olimpiya” (Sloveniya), “Ddüdelanj” (Lüksemburq), “Ferensvaroş” (Macarıstan), “Vardar” (Makedoniya), “Dandalk” (İrlanaiya), SJK (Finlandiya), , “Norçepinq” (İsveç), “Kruzaders” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Mladost” (Monteneqro), “Jalgiris” (Litva), “Hapoel” (Beyer-Şeva, İsrail), I təsnifat mərhələsinin 4 qalibi

 

Qeyri-müəyyənlər: Moldova çempionu, I təsnifat mərhələsinin 1 qalibi

 

0