[b]“Əsl “bir nömrə” kimi oynadıq” – Qara Qarayev[/b]
25.05.2016 - 22:54
[b]“Əsl “bir nömrə” kimi oynadıq” – Qara Qarayev[/b]

“Uğur qazandığımız üçün sevinirik. İnşallah Çempionlar Liqasında da uğurla çıxış etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

 

Ölkə kubokunun final matçında “Neftçi”yə qalib gələn ağdamlıların yarımmüdafiəçisi “CBC Sport” kanalına açıqlama verərək fikirlərini bölüşüb: “Bizim qol vəziyyətlərimiz daha çox oldu. Bir neçə epizodda qol vura bilmədik. “Neftçi”nin müdafiəsi də əla oynadı. Bilirsiniz, bu liqa oyunu deyil, finalda hər iki komanda ehtiyatlı oynamağa çalışır. Ancaq sonda qələbə qolunu vura bildik. Düşünürəm ki, biz əsl “bir nömrə” kimi oynadıq”.

0