[b]Kim gəldi, kim getdi - YENİLƏNİB[/b]
01.09.2016 - 17:00
[b]Kim gəldi, kim getdi - YENİLƏNİB[/b]

Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da “transfer pəncərəsi” rəsmən bağlanıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında mübarizə aparan komandalar yay fasiləsində heyətlərində ciddi dəyişikliklərə əl atıblar.

 

Yay transfer dönəminin ən passiv komandası “Qarabağ” olub. Son çempion cəmi 5 transferlə kifayətlənib ki, onlardan birini də əvəzedici heyət üçün alıb. Ağdamlılarla yanaşı, “Qəbələ”, “Kəpəz” və AZAL da köklü dəyişikliyə ehtiyac duymayıb. Xüsusən də, “qırmızı-qaralar” daha çox komanda ilə vidalaşan əcnəbi oyunçuların boşluğunu yeniləri ilə doldurub.

 

Digər 4 komanda – “Zirə”, “İnter”, “Neftçi” və “Sumqayıt” heyətlərini, demək olar ki, yenidən formalaşdırıblar.

 

 

“Qarabağ”

Gələnlər: Tərlan Quliyev, Namiq Ələsgərov (hər ikisi “Kəpəz”: icarədən qayıdıblar), Arif Daşdəmirov (“Qəbələ”), Vüqar Nadirov ("İnter"), İlyas Səfərzadə (“Xəzər Lənkəran”), Dino Ndolovu ("Anortosis", Kipr), Boyan Şaranov ("Partizan", Serbiya)

Gedənlər: Namiq Yusifov (karyerasını bitirdi), Tərlan Quliyev (“İnter”), Vüqar Mustafayev (“Zirə”: icarəyə), Fərhad Vəliyev (“Sumqayıt”), Şəhriyar Əliyev ("Kəpəz": icarəyə), Eltun Yaqublu ("Neftçi": icarəyə), Azər Salahlı ("Sumqayıt": icarəyə), Samuel Armenteros ("Herakles", Hollandiya), Cavid Tağıyev ("Zirə")

Müqavilə müddətini artıranlar: Migel Madera, Əfran İsmayılov, İlqar Qurbanov, Ansi Aqolli, Muarem Muarem

 

“Zirə”

Gələnlər: Tural Cəlilov ("Xəzər Lənkəran"), Yamin Ağakərimzadə, Yasin Həmid (hər ikisi "Rəvan"), Murad Səttarlı (AZAL), Cəmil Hacıyev ("Sumqayıt"), Gerhard Proqni ("Şkenderbeu", Albaniya), Milan Duriç ("İstra", Xorvatiya), Migel Lorenzo (“Vitoriya”, Portuqaliya: icarəyə), Sezar Meza Kolli ("İnter"), Cavid Tağıyev ("Qarabağ")

Gedənlər: Nicat Qurbanov ("Kəpəz"), Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov (hamısı “Qəbələ”: icarə müddəti başa çatıb), Nelson Bonilla ("Nasional", Portuqaliya), İqor İvanoviç (“Sutyeska”, Monteneqro), Ruslan Poladov ("Şəmkir"), Rəşad Abdullayev, Çimezi Mbah, Dieqo Souza, Luis Alberto Diez, Mirkamil Həşimli

Müqavilə müddətini artıranlar: Nurlan Novruzov (“Bakı”: icarəyə), Vüqar Mustafayev (“Qarabağ”: icarəyə), Kamal Bayramov, Aleksandr Şemonayev, Elvin Məmmədov, Anar Nəzirov, Yovan Krneta, Viktor İbekoyi

 

“Qəbələ”

Gələnlər: Nika Kvekveskiri ("İnter"), Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov (hamısı “Zirə”: icarədən qayıdıblar), Filip Ozobiç (“Slaven”, Xorvatiya), Teo Uiks Luis (“Ermis Aradipu”, Kipr: icarəyə), Baqali Dabo (“Kretey”, Fransa), Ruslan Qurbanov ("Neftçi"), Petar Franyiç (“Split”, Xorvatiya)

Gedənlər: Samir Zərgərov, Ruslan Abışov (hər ikisi “İnter”), Arif Daşdəmirov (“Qarabağ”), Luis Hilario Dodo ("Joinvill", Braziliya), Vadim Abdullayev ("Sumqayıt"), Pavel Paşayev ("Stal", Ukrayna), Yusif Nəbiyev ("Sumqayıt": icarəyə), Aleksey Qay (“Kuban”, Rusiya), Ermin Zets ("Karabükspor"), Andrey Popoviç, Aleksey Antonov, Tərzin Cahangirov

Müqavilə müddətini artıranlar: Dmitri Bezotosnı, Rəşad Sadiqov, Asif Məmmədov, David Petrzkeviç

 

“İnter”

Gələnlər: Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad (hamısı “Sumqayıt”), Samir Zərgərov, Ruslan Abışov (hər ikisi “Qəbələ”), Tərlan Quliyev (“Qarabağ”), Adrian Skarlatake (“Astra”, Rumıniya), Məmməd Quliyev (“Rəvan”), Orxan Sadıqlı, İbrahim Qədirzadə (hər ikisi "Xəzər Lənkəran")

Gedənlər: Nika Kvekveskiri ("Qəbələ"), Georgi Lomaya ("Dinamo", Tbilisi, Gürcüstan), Laşa Kasradze, Laşa Salukvadze (hər ikisi "Sioni", Gürcüstan), Vüqar Nadirov ("Qarabağ"), Ruslan Əmircanov (AZAL), Kamran Ağayev, Süleyman Əhmədov (hər ikisi “Sumqayıt”), Sezar Meza Kolli ("Zirə"), Elşən Poladov ("Şəmkir"), Yuri Fomenko (“Alaşkert”, Ermənistan)

Müqavilə müddətini artıranlar: Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov, Nizami Hacıyev, Elnur Abdullayev, Denis Silva, Abbas Hüseynov, Mirsahib Abbasov, İlkin Qırtımov, Rauf Əliyev, Fuad Bayramov, Zurab Xizanişvili

 

“Kəpəz”

Gələnlər: Tural Qürbətov, Vüqar Bəybalayev (hər ikisi “Xəzər Lənkəran”), Novruz Məmmədov ("Rəvan"), Nicat Qurbanov ("Zirə"), Davud Kərimi ("Ağsu"), Renan da Silva Alves (“Jil Visente”, Portuqaliya), Serjio Manuel Kosta Karneyro “Serjinyo” (“Trofense”, Portuqaliya)

Gedənlər: Tərlan Quliyev, Namiq Ələsgərov (hər ikisi “Qarabağ”: icarə müddəti başa çatıb), Budaq Nəsirov ("Sumqayıt": icarə müddəti başa çatıb), Bəxtiyar Soltanov (“Qaradağ Lökbatan”), Elvin Cəbrayıllı, Junior Osvaldo, Xəzər Qəribov

Müqavilə müddətini artıranlar: Şəhriyar Əliyev ("Qarabağ": icarəyə), Julien Ebah, Tadas Simaitis, Eyyub Əliyev, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev

 

“Neftçi”

Gələnlər: Edson Kastilya ("Mineros Quayana", Venesuela), Murad Ağayev ("Sumqayıt"), Eltun Yaqublu ("Qarabağ": icarəyə), Vançe Şikov (“Austria”, Avstriya), Dario Melnyak (“Lokeren”, Belçika: icarəyə), Krşevan Santini ("Enosis", Kipr), Katalin Tira ("Rapid", Avstriya), Denilson Pereyra (“Qranada”, İspaniya: icarəyə)

Gedənlər: Mirabdulla Abbasov ("Sumqayıt": icarəyə), Nikolas Kanales ("Okjetpes", Qazaxıstan), Salas Quinta Antonio "Anyete" ("Levski", Bolqarıstan), Erik Ramos ("Rubio Nu", Paraqvay), Aqil Məmmədov (AZAL), Ailton Silva ("Fluminense": icarə müddəti başa çatıb), Xuan Alberto Melli ("Reus Deportiu", İspaniya), Məhəmməd Qurbanov (“Sumqayıt”), Elşən Rzazadə ("Mil-Muğan"), Ruslan Qurbanov ("Qəbələ"), Orxan Bəşirov

Müqavilə müddətini artıran: Jairo Filyo Rodriges

 

AZAL

Gələnlər: Mahsun Qəmbərli (“Xəzər Lənkəran”), Röyal Nəcəfov (MOİK), Aqil Məmmədov ("Neftçi"), Ramazan Abbasov, Rəşad Əzizli, Elvin Həsənəliyev (hamısı "Rəvan), Ruslan Əmircanov (“İnter”), Fəriz Afşan (İran), David Canelidze ("Neftçala")

Gedənlər: Murad Səttarlı ("Zirə"), Rail Məlikov ("Sumqayıt"), Stanislav Namaşko ("Levadiakos", Yunanıstan), Amil Ağacanov, Hacı Əhmədov (hər ikisi "Zaqatala"), Tərlan Xəlilov, Aleksandr Quruli, Rüfət Musayev, Aydın Qasımov, Məhəmməd Bədəlbəyli

Müqavilə müddətini artıranlar: Nuqzar Kvirtiya, Emin Cəfərquliyev, Mirzağa Hüseynpur

 

“Sumqayıt”

Gələnlər: Fərhad Vəliyev (“Qarabağ”), Budaq Nəsirov ("Kəpəz": icarədən qayıdıb), Kamran Abdullazadə, Vaquf Güləliyev (hər ikisi "Xəzər Lənkəran"), Əli Həsənli ("Neftçala"), Mirabdulla Abbasov ("Neftçi": icarəyə), Rail Məlikov (AZAL), Vadim Abdullayev ("Qəbələ"), Yusif Nəbiyev ("Qəbələ": icarəyə), Azər Salahlı ("Qarabağ": icarəyə), İbrahim Abidnejad (“Traktorsazi”, İran), Əfşin İsmailzadə (“Perspolis”, İran), Məhəmməd Qurbanov (“Neftçi”), Kamran Ağayev, Süleyman Əhmədov (hər ikisi “İnter”), Ruslan Tağızadə ("Rəvan"), Nasır Abilayev (Rusiya)

Gedənlər: Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad (hamısı “İnter”), Tofiq Mikayılov (“Neftçala”), Murad Ağayev ("Neftçi"), Cəmil Hacıyev ("Zirə"), Uğur Pamuk ("Manisaspor", Türkiyə), Rasim Ramaldanov ("Kolxeti", Gürcüstan), Budaq Nəsirov ("Sportinq", Portuqaliya), Emin Mehdiyev, Vadim Abdullayev, Ruslan Tağızadə (hamısı "Zaqatala"), Tural Abbaszadə, Aleksandr Çertoqanov, İlqar Hüseynov, Kənan Manafov

Müqavilə müddətini artıranlar: Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Amil Yunanov, Amit Quluzadə, Tərlan Əhmədli, Mikayıl Rəhimov, Vaqif Cavadov

0