[b]“Son iki tur çox vacibdi” – Şəhriyar Məmmədyarov[/b]
02.06.2016 - 21:08
[b]“Son iki tur çox vacibdi” – Şəhriyar Məmmədyarov[/b]

“Eltacla sonuncu dəfə “Naxçıvan Open”də oynamışdıq. Orada heç-heçə olmuşdu. Ümumiyyətlə, Azərbaycan şahmatçıları bir-birini yaxşı tanıyır”. Apasport.az saytının məlumatına görə, bu sözləri beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

 

Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirinin VII turunda Azərbaycan çempionu Eltac Səfərli ilə qarşılaşan milli komandanın lideri görüşdən qələbə ilə ayrılıb.

 

Partiyadan sonra oyunu şərh edən “Şah” qələbəni belə şərh edib: “Bizim aramızda heç vaxt rəqabət olmayıb. Yəni millidə olduğumuz zaman bir-birimizə kömək etmişik. Debütdən istifadə zamanı komanda yoldaşlarımıza dəstək olmuşuq. Ona görə Azərbaycan şahmatçıları bir-birinə qarşı rahat hazırlaşırlar. Mən Eltacı, o da məni yaxşı tanıyır”.

Məmmədyarov 7 turdan sonra çıxışı haqda danışmaq istəmədiyini söyləyib: “Yeddi turdan sonra yekun haqda danışmağın əleyhinəyəm. “Qətər Open”də 7 tur lider oldum. Son 2 turda məğlub olaraq ilk 20-yə düşmədim. Son 2 tur çox vacibdir. Bəlkə bəziləri son partiyaları vacib saymır. Lakin yarış sona qədər oynanılır. Hələ turnir cədvəlində çox dəyişiklik ola bilər”.

 

Eltac Səfərli də partiyadan sonra fikirlərini bölüşüb: “Şəhriyara qarşı oynamaq asan deyil. Bir-birimizi çoxdan tanıyırıq. Demək olar ki, çoxlu sayda yarışlarda iştirak etmişik. Məmmədyarov debütdən üstünlük qazandı və sona qədər onu davam etdirdi. Ümumilikdə Şəmkirdəki çıxışım haqda razıyam deyə bilmərəm. Çətin partiyalar oynadım. Daha yaxşı çıxış edə bilərdim”.

0